“Həyatda ana baladan, bala anadan inciyir. Müəyyən nüanslar mənim xoşuma gəlmədi. Sonra axır illər xəstəliyimə başım qarışdı. Fatma elə bildi ki, diqqətimdən kənarda qalıb”.
OLAY yazır ki, bu barədə Xalq artisti Afaq Bəşirqızı ötən gün barışdığı həmkarı Fatma Mahmudova deyib. Sənətçi küsmə səbəblərini açıqlayıb:
“Verilişdə qızı İntizarın oxumağını gördüm. Onu həddindən çox istəyirəm. Fatmanın danışığı məni nə qədər əsəbiləşdirdisə, İntizarın səsi mənə məlhəm oldu. Ona görə zəng etdim. Nə yaxşı ki, zəng etdim. Hər şey ola bilər. Beş günlük həyatdır. Fikirləşdim ki, nəyə görə getməliyəm. Fatma məni çox istəyir, mən də onu. Məndən inciyib ki, sonuncu tamaşada niyə qızımı oynamayıb. Deyirəm, ay bala, mənim qızımın birinin 27, digərinin 19 yaşı var. Deyir, yanında olmaq istəyirdim. Həqiqətən də bizim tərəf müqabili olmağımız gözəl alınır. Fatma ağır həyat keçirib, heç bir doğmasından ayırmayıb. Elə mükafat olub ki, məndən əvvəl alıb. Yanıma gəlib ki, məni səhnəyə çıxarmısan, amma bunu səndən əvvəl almışam. Demişəm ki, o sənə və balarına Tanrının mükafatıdır. Deməli, mənim vaxtım var, almışam. Məni çox istəyir, bir proyekt üzərində çalışacam, sürətlə onu oynayacağam, onda Fatma yanımda olacaq”.