"Unutma", "Yüksək Sosyete" kimi bir çox seriallarda rol alan aktrisa Gülşah Çomoğlu dünyasını dəyişib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı Gülşah Çomoğlunun ölüm səbəbi xərçəng xəstəliyi olub.
Gülşah Çomoğlunun əri Gökhan Günal instaqram səhifəsində xəbəri açıqlayıb:
"Təəssüf ki, əziz həyat yoldaşım, həyatımın sevinci, gözəl qızımızın anası Gülşah Çomoğlunu itirdik. O, Kanlıca məscidində dəfn ediləcək".
Fidan
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun