Məşhur türkiyəli müğənni Tarkan 29 avqustda Marmarisdə yerləşən lüks hoteldə yalnız 400 nəfərin iştirak edəcəyi özəl konsert proqramı ilə çıxış edəcək.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "meqastar"ı canlı dinləmək istəyənləri yüksək qiymətli paket gözləyir.
Belə ki, "Gel Konuşalım" proqramında jurnalist Mehmet Üstündağ konsertin keçiriləcəyi hotellə əlaqə saxlayaraq, konsertlə bağlı məlumat əldə etdiyini bildirib.
Onun sözlərinə görə, konsertə qatılmaq istəyənlər hoteldə ən azı iki gecə qalmalıdırlar. Səhər yeməyi və qalma xərclərinin də daxil olduğu xüsusi paketin qiyməti 500 min Türkiyə lirəsi (təxminən 17,7 min manat) təşkil edir.
Bu məbləğ proqram iştirakçılarını da təəccübləndirib. Verilişin aparıcılarından Hakan Hatipoğlu bu məbləğə "Bir maşının qiymətidir..." sözləri ilə reaksiya verib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

















