Aparıcı Zümrüd Bədəlova son günlər saytlarda yayılan "aparıcıların fantastik toy qiymətləri" xəbərinə reaksiya verib.
- "Deyirlər, ana olmağa hazırlaşıram" - VİDEO
- "Komedixana"nın aktrisasının tətil VİDEOsu
Milli.Az olay-a istinadən bildirir ki, TV ulduzu bu barədə "Sözbaz"ın "xəbər10 var?" bölümündə danışıb.
"Standart qiymət deyilən bir anlam yoxdur. Çünki hər sifarişçi az da olsa, endirim etdirir. Nadir hallarda olur ki, istədiyin qiyməti verirlər. Hətta çox vaxt üstünə bir az da əlavə edib deyirsən, razılaşırlar. İnanmıram ki, son bir neçə ildə bu siyahıda yer alan hansısa aparıcı bu qiymətə toya gedə. Məsələn: Kəmalə Piriyevanı heç vaxt toyda görməmişəm. Toy aparıcılığı üçün 10 min, 15 min, 25 min absurd qiymətlərdir".
Proqram zamanı jurnalist Pərviz Hüseyn isə siyahıda yer alan Zaur və Günay cütlüyü, Zaur Kamal, Nanə Ağamalıyeva, Kəmalə Piriyeva və Elgiz Əkbərin toy aparıcılığı etmədiyini bildirib.
Qeyd edək ki, təqdim edilən siyahıda bu qiymətlər yer almışdı:
Zaur Kamal - 15 min manat
Elgiz Əkbər - 14 min manat
Zaur və Günay Baxşəliyevlər - 25 min manat
Afaq Gəncəli - 10 min manat
Vüsalə Əlizadə - 15 min manat
Kəmalə Piriyeva - 8 min manat
Mətanət Əliverdiyeva - 5 min manat
Nanə Ağamalıyeva - 15 min manat
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun