Türkiyəli model, aparıcı Ebru Şallı 49 yaşında fit bədənə sahib ola bilməsinin sirlərini paylaşıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həm də pilates mütəxəssisi olan Şallı hər gün 6 yumurta yediyini bildirib.
"Mən pilateslə məşğul oluram, əzələlərim var. Əslində o qədər də arıq deyiləm. İnsanlar belə düşünür, amma 54 kilo çəkidəyəm. Əzələ kütləm yüksəkdir və onu artırmağa çalışıram. Hər səhər 6 yumurta yeyirəm və daha çox ağına üstünlük verirəm. Sağlam olmaq üçün təmiz qidalanmaq lazımdır. İllərdir bunun üçün çalışıram", - deyə Ebru Şallı qeyd edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)






Mənbə:
news.milli.az
















