Ancelina Colidən karyerası ilə bağlı gözlənilməz açıqlama - FOTOlar

Ancelina Colidən karyerası ilə bağlı gözlənilməz açıqlama - FOTOlar

Hollivud ulduzu Ancelina Coli "WSJ" jurnalının yeni sayında rol alıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa nəşrə müsahibəsində eks-həyat yoldaşı, aktyor Bred Pittdən boşanmasının nəticələrindən danışıb.

"Boşandıqdan sonra yaşamaq və sərbəst səyahət etmək qabiliyyətimi itirmişəm. İmkan düşən kimi köçəcəyəm" deyə, Coli Kambocada yaşamaq istədiyini etiraf edib.

Aktrisa vurğulayıb ki, yenidən seçim qarşısında qalası olsaydı, aktrisalıq karyerasını seçməzdi:

"İlk işə başlayanda bu qədər açıq və çox şey paylaşmalı olacağımı gözləmirdim".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun