Rusiyalı aktyor Aleksey Panin xarici agentlərin və terrorçuların reyestrinə salınıb.
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, 29 nəfərin olduğu siyahıda Panin 7-ci yerdədir. O, terrorizmə çağırışda və Rusiyanın ərazi bütövlüyünü pozmaqda ittiham olunur.
Qeyd edək ki, Paninə qarşı iş 2023-cü ildə açılıb. Aktyoru yeddi ilə qədər həbs gözləyir. 2024-cü ilin fevralında Moskvanın Qaqarinski Rayon Məhkəməsi aktyoru iki ay müddətinə qiyabi həbs edib. O, 2020-ci ildən İspaniyada yaşayır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun