Tatarıstanın Kazan şəhərində Azərbaycan Mədəniyyət Günü keçirilib.
OLAY yazır ki, mədəniyyətimizə həsr olunan tədbirin əsas ulduzları Avroviziya qaliblərimiz Nigar Camal və Eldar Qasımov olub.
Musiqi irsimizin, milli rəqslərimizin nümayiş etdirildiyi tədbirdə sənətçilərimiz ifaları ilə qonaqları əyləndirib.
Konsertdən sonra tamaşaçılar Eldar və Nigarla şəkil çəkdirmək üçün ətraflarına toplaşıblar.