Əməkdar artist Teymur Əmrah "Xalq artisti" fəxri adını daşıyan həmkarlarını tənqid edib.
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "7 tamam" verilişində deyib.
- "Diplomlar şadlıq evinə işləyir"
T.Əmrah yüksək qiymətə toya gedən Xalq artistlərini canlı oxuya bilməməkdə günahlandırıb:
"Adlarını çəkməyəcəyəm. Bu gün onlar "Xalq artisti" fəxri adını daşıyırlar. Bu gün xalqın gözündə onları o qədər ucaldıblar, pik nöqtəyə qaldırıblar ki... Xalq üçün onlar pik nöqtədədirlər, amma mənim üçün studiyada pik nöqtədədirlər. Canlı ifada onlar "sıfırdılar". O pik nöqtəyə xalq qaldırdığı, bahalı qiymətə toylarına gətirtdiyi... İnanın ki, onlar öz balalarına görə deyil, o ada görə gətirdirlər".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun