Emmi mükafatlı türk aktyor Haluk Bilginer və dünyaca məşhur aktrisa Ancelina Colinin tərəf müqabili olduqları filmdən xəbər var.
OLAY yazır ki, “Maria” adlı ekran işinin premyera tarixi müəyyənləşib. Layihə 28 avqust – 7 sentyabrda keçiriləcək Venesiya Fielm Festivalında ilk dəfə göstəriləcək.
Həmin filmdə Bilginer “Onassis”, Coli “Maria” obrazını canlandırır.
Qeyd edək ki, layihənin çəkilişləri ötən ilin sonlarında baş tutub.