“Azərbaycanda ilk şadlıq evini mən açmışam”

“Azərbaycanda ilk şadlıq evini mən açmışam”

"Azərbaycanda ilk şadlıq evini mən açmışam. Bu isə bir ilk olub. Bundan sonra müxtəlif adlarda şadlıq evləri açıldı və fəaliyyətə başladı. İndi sayı-hesabı yoxdur".

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Qonaqcanlı" verilişində deyib.

Şəxsi şadlıq evinin olduğunu bildirən sənətçi biznes sahəsinə heç kimdən möhtac olmamaq üçün baş vurduğunu söyləyib:

"O zamanlar mənim şadlıq evi açmağıma qəribə yanaşırdılar. Deyirdilər ki, müğənni hara, şadlıq evi açmaq hara. Onda mərhum Xalq artisti, qarmon ustası Aftandil İsrafilov dedi ki, Ağadadaş ağıllı oğlandır. Türk sənət musiqisinin "imperatoru" İbrahim Tatlısəsin nələri var... Aftandil müəllimi kənara çəkib dedim ki, "Mən bütün ifaçıların son aqibətini bilirəm - kimlər bu dünyadan necə gedib". Belə bir misal var: "Allah sağ əli sol ələ möhtac etməsin". Allahdan bir istəyim olub, ölənə qədər, yaşadığım müddətdə nəinki heç kimə, heç övladlarıma da möhtac etməsin. Ona görə də mən bu işi başlatmışam. İndi hansı yaşa gəlib çatacağam bilmirəm. Şükür Allaha, toya getsəm də, getməsəm də mənim üçün heç nə dəyişmir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun