Müğənni Bülent Ersoy Kuşadası Altın Güvercin Amfi Teatrında verdiyi konsert zamanı yaşananlarla gündəmə gəlib.
OLAY yazır ki, konsertdən təxminən üç saat əvvəl özünü pis hiss etdiyi bildirilən Ersoya həkimlər tərəfindən dərman verildiyi və səhnəyə çıxmamasının tövsiyə edildiyi iddia olunub.
Lakin Ersoy onu izləmək üçün gözləyən pərəstişkarlarını nəzərə alaraq səhnəyə çıxıb. Bu vəziyyət bəzi tamaşaçıların narazılığına səbəb olub.
Tamaşaçıların reaksiyasından əsəbiləşən Ersoy səhnədə sərt çıxış edib. Bülent Ersoy onu tənqid edən bəzi tamaşaçılara təhqirlə cavab verib.
Mənbə:
olay.az
















