“Bəzilərinin paylaşımlarına baxıram. Bir çoxu sosial şəbəkələrdə guya “fashiondular”, qlamur həyat tərzi sürürlər. Real həyatda tam əksidir”.
OLAY yazır ki, bu sözləri instaqramda paylaşdığı videolarda aparıcı Kazım Sübhan deyib. O, ad çəkmədən bəzi şəxslərə söz atıb:
“Özünü “fashion” kimi aparanların realda ağızlarından şoraba tökülür. Yaxud da çöldə onun-bunun köməkçisi işləyənlər, çantasını daşıyanlar... Bu, ayıb deyil. Amma niyə sosial şəbəkələrədə özünüzü “fashion” kimi göstərirsiniz? Niyə insanlar özləri kimi yaşamaq, olduqları kimi olmaq istəmirlər? Həqiqətən də qlamur həyat tərzi sürənlər onu nümayiş etdirmirlıər. Çünki rahatdırlar. Yaxşı bir söz var, deyir, xoşbəxtlik sakitliyi sevir. Amma onu göstərməyə çalışanlar o həyatı yaşamaq, elə təqdim olunmaq istəyirlər. Elə deyil axı. Həqiqətən də o həyatı yaşayanlar onu nümayiş etdirmirlər”.