Xalq artisti Emin Ağalarovun oğulları Əli və Mikayıl Ağalarovlar “Sea Breeze”də baş tutan forumda iştirak edib.
OLAY yazır ki, bununla bağlı Emin instaqramda fotolar paylaşıb.
“Dünən biz ikinci Sea Breeze İnvestisiya Forumuna ev sahibliyi etdik. Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarova, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə, İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin üzvünə, tədbirimizdə göstərdiyi dəstəyə və iştirakına görə ABB Bankın İdarə Heyətinin üzvü Elmira Qabibullayevaya, məruzəçi kimi iştirak edən bütün tərəfdaşlarımıza və bütün qonaqlarımıza da təşəkkür edirik”, - deyə, Emin bildirib.
Şəkillərdə sənətçinin anası İrina Ağalarova da yer alıb.