“Paramount Pictures” kinostudiyası 2000-ci illərin kult komediyası “10 günə oğlandan necə qurtulmalı?” filminin davamını ekranlaşdıracaq.
OLAY yazır ki, filmin ilk hissəsinin təqdimatından 23 il sonra çəkiləcək davam filmi barədə “Variety” məlumat yayıb.
Ssenari və filmin aktyor heyəti hələ təsdiqlənməyib. Məlumata görə, ilk filmdə baş rolu canlandıran 47 yaşlı Keyt Hadson layihənin prodüserlərindən biri olacaq. Onunla yanaşı, hazırda 56 yaşında olan ikinci baş qəhrəman Metyu Makkonahi də jurnalist Endi Anderson və reklam mütəxəssisi Benjamin Barri obrazlarına qayıda bilər. Onlar daha əvvəl müsahibələrində ssenarini bəyəndikləri təqdirdə romantik komediyanın davamında böyük məmnuniyyətlə çəkiləcəklərini bildiriblər.


Mənbə:
olay.az
















