Modelyer Şəlalə Maqsudovanın növbəti dəfiləsi gerçəkləşib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, modelyer bu dəfə yeni kolleksiyasını aparıcı və aktrisaların simasında nümayiş etdirib.
Belə ki, modelyer podiuma aparıcıları və aktrisaları çıxarıb.
Şəlalənin yeni kolleksiyasını nümayiş etdirənlər arasında Əməkdar artistlər Naina İbrahimova, Mələk Abbaszadə, aktrisa Fidan Axundova, aparıcılar Jalə Həsənli, Zülfiyyə Bayramova, Pərvanə Tahirqızı, Şümrüd Şahbazova, Sədaqət Rəşidqızı və başqaları yer alıblar.
N.İbrahimova Merlin Monro obrazını yaradıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun