Aktrisa Günəş Teginin oğlu universitetə qəbul olunub.
OLAY yazır ki, izləyiciləri ilə sevincini bölüşən sənətçi bu il vəfat edən həyat yoldaşını da yada salıb:
“Tələbə oğlum… Kaş ki bu sevinci tam yaşayaydıq. Kaş ki, Rasim, səninlə birgə qeyd edərdik. Sən ki bu qədər gözləyirdin, narahat idin. Desəm, eşidərsənmi? Oğlumuz qəbul oldu istədiyi yerə, istədiyi fakültəyə… Bütün tələbə adı qazanan şagirdləri təbrik edirəm. Yolunuz, zehniniz açıq olsun!”.
Qeyd edək ki, aktrisanın həyat yoldaşı Rasim Mehdiyev bu ilin may ayında böyrək çatışmazlığından dünyasını dəyişib.




Mənbə:
olay.az
















