Faiq Ağayev : "İnciməsinlər, amma, İnsan ağır, iflic olmuş formada ..."

Faiq Ağayev : "İnciməsinlər, amma, İnsan ağır, iflic olmuş formada ..."

"Musiqi dili dəyişib. Müğənnilər indi yeni mahnı yazdırmaq üçün reper yanına gedir. Onlar müasir, amma Azərbaycan musiqisinin canını qoruyaraq mahnı yazırlar. Bir ara müğənnilər söz xiridarlarına müraciət edirdilər. Gözəl akademik musiqi və estradamız var. Amma musiqi canlı orqanizmdir, nəbzi tutmalısan".

  • 3 dəfə ölüb dirilən, oğlunu hamıdan gizlədən Xalq artisti
  • Faiq Ağayevdən ŞOK ETİRAF: "Ona görə Moskvaya köçdüm ki..." 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev Əməkdar artist Rəşad İlyasovun "Danışır musiqi" proqramında deyib. Müğənni peşəkar bəstəkarlardan şikayət edib:

"Heç kim inciməsin, hamısının xətrini çox istəyirəm. Bəstəkarlar könüllü şəkildə kənara çəkilib. Son vaxtlar hansı müğənninin ifasında peşəkar bəstəkar mahnısı eşitmişik? Elə bil incik düşüblər. Siz biliklərinizlə indiki mahnıları daha yaxşı yazarsınız. Mahnıların ömrü də azalıb. Bir mahnı qısa gündəmdə qalır. Tamaşaçı deyir, yenisini istəyirəm".

F.Ağayev müğənnilər məsləhət də verib:

"Mahnını səs olaraq çatdırmaq üçün radio bəs edir. Orda da mətnə münasibət olsun. Nədən oxuyarsansa, hiss etməlisən. Amma tamaşaçı qarşısındasansa mahnının sənin ürəyindən keçdiyini hiss etməlidir. Mahnını aktyor kimi oynamaq lazımdır. Artistin qarşında nə etməsi vacibdir. Birdən yaxşı ifaçı görəndə deyirik, kaş yaxşı hərəkət də edərdi. Öyrənsinlər, dərs götürsünlər. O qədər aktyorluq üzrə peşəkar müəllimlər var ki... Hərəkət olmayanda elə bil sevgilinə pərdə arasından baxırsan. İnsan ağır, iflic olmuş formada səhnədə durmamalıdır. İfaçı olmaq azdır, artist olmalısan".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun