Xalq artisti Mehriban Zəki tamaşada oynayacağı gün nə etdiyindən danışıb.
OLAY yazır ki, sənətçi bu barədə “Göstərir radio” verilişində bəhs edib. O, “Səhnəyə çıxmazdan əvvəl hər hansı bir ritualınız var” sualını cavablandırıb.
“Var. Tamaşa oynadığım gün heç bir başqa işlə məşğul olmuram. Səhər oyanıram, özüm üçün çox həzin, ruhumu kökləyəcək musiqi qoyuram. Telefonlara cavab verməməyə çalışıram. Heç bir iş görüşməsi və dəvətlərə getmirəm. Yalnız tamaşaya köklənirəm. Evdən çıxa biləcəyim saç düzümümü edəcəyim salona gedirəm. Orada da çalışıram heç kəs mənim qanımı qaraltmasın. Üç saat əvvəl teatrda oluram. Makiyaj olunur, rekvizitlərimi yoxlayıram. Tamaşadan sonra 3-4 saat enerjim sönmür. Yata bilmirəm, yemək yeyə bilmirəm. Yəqin ki, çox yorğun oluram, ondandır. Çox pis göz götürürəm, amma üzərlik etmirəm. Gərək edəm”, - deyə, M. Zəki söyləyib.