Dünyaca məşhur yapon avanqard rəssamı Yayoi Kusama 97 yaşında Tokioda vəfat edib.
OLAY yazır ki, sənətçinin ölümünə orqan çatışmazlığı səbəb olub.
Yayoi Kusama rəssam olmaqla yanaşı, dizayner və yazıçı kimi də tanınırdı. O, dünyanın ən nüfuzlu və kommersiya baxımından ən uğurlu sənətçilərindən biri hesab olunurdu. Əsərləri hərraclarda milyonlarla dollara satılıb, sərgiləri isə dünyanın ən çox ziyarət edilən sənət tədbirləri sırasında yer alıb.
2008-ci ildə onun əsərlərindən biri 5 milyon dollardan baha qiymətə satılaraq yaşayan qadın rəssamın əsəri üçün rekord müəyyənləşdirib.



Mənbə:
olay.az
















