“Sosial şəbəkələrdə kilolu olduğuma...”

“Sosial şəbəkələrdə kilolu olduğuma...”

"Bəzən deyirlər, mədəkiçiltmə əməliyyatı etdir, ancaq mən uşaqlıqdan həkimlərdən qorxuram".

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə "Günaydın Azərbaycan" verilişində deyib.

O, kilolu olduğuna görə sosial şəbəkələrdə ünvanına yazılan mənfi rəylərdən danışıb:

"Kilolu olmağım məndə kompleks yaratmır. Amma bəzən sosial şəbəkələrdə kilolu olduğuma rişxənd edirlər. Yazırlar, bu nə boydadır, ay qız, bunu da alıblar, bu da ailə qurub?

Mən kilolu olsam da bütün işlərimi çox gözəl aşırıram. Bəzən deyirlər, mədəkiçiltmə əməliyyatı etdir, ancaq mən uşaqlıqdan həkimlərdən qorxuram. Adi qan analizinə gedəndə belə qorxum keçmir.

Üçüncüsünə də qalanda, həyat yoldaşım deyir, mədəkiçiltmə əməliyyatı etdirmə. Bunu etsən, birbaşa get atangilə, arıqlamaq istəyirsənsə, sağlam yolla arıqla, sağlam qidalan, idman et".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun