“Wildberries” onlayn mağazasının təsisçisi və Rusiyanın ən varlı qadını Tatyana Kim yay aylarının əvvəlində yaradılacağı barədə danışdığı öz messencerini — “WB Chat”ı istifadəyə verib.
OLAY yazır ki, messencer artıq yükləmək üçün əlçatandır. Şirkət hələlik bununla bağlı rəsmi açıqlama verməyib.
Messencerə giriş “WB ID” vasitəsilə həyata keçirilir. “WB Chat”-da profil, çatlar və parametrlər mövcuddur. Funksiyalar arasında foto və video göndərmək, mesajları yönləndirmək və onlara cavab vermək, həmçinin statuslar var. Səsli mesajların mətnə çevrilməsi funksiyası da işləyir.

Mənbə:
olay.az
















