Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmirə məxsus “Aydəmir Entertainment” şirkəti ilə yeni müqavilə bağlayıb.
OLAY İqtisadiyyat.az-a istinadən yazır ki, müqavilədə “Çar Skiflər - İşquz Dövləti” tammetrajlı bədii-sənədli filminin post-prodakşn mərhələsində (tamamlanma) 3 hissəli geniş variantının hazırlanması xidmətlərinin və hüquqlarının satın alınması nəzərdə tutulub.
Müqavilənin maliyyə dəyəri 200 600 manat müəyyənləşib.
Xatırladaq ki, ARKA bu ilin əvvəlində də “Çar skiflər: Aşquz dövləti” adlı tammetrajlı bədii-sənədli filmin istehsalı ilə bağlı “Aydəmir Entertainment” şirkəti ilə 657 000 manat dəyərində müqavilə bağlayıb.
Qeyd edək ki, audiovizual sənaye sahəsində fəaliyyət göstərən “Aydəmir Entertainment” şirkəti 2024-cü ilin dekabrın 20-də dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri və qanuni təmsilçisi tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir Rauf oğludur.
















