Dünyaca məşhur modellər Bella və Cici Hadid Fələstinə 1 milyon dəyərində ianə edib.
OLAY yazır ki, bacılar Fələstinə verdikləri dəstəklə tez-tez gündəmə gəlirlər. Belə ki, Bella Hadid bu il Fransanın Kann şəhərində keçirilən 77-ci Kann Film Festivalına da Fələstin müqavimətinin simvoluna çevrilən keffiye libası ilə diqqət çəkib. Daha əvvəl Qəzzada davam edən müharibə ilə bağlı açıqlama verən model 2021-ci ildə Nyu-Yorkda Fələstin tərəfdarı yürüşdə ağ-qara keffiyeylə iştirak edib.
Digər tərəfdən Bella Hadidin baş verənlərlə bağlı susması reaksiyaya səbəb olub.
“Susduğum üçün məni bağışlayın. Hər gün ölüm təhdidləri alıram. Telefon nömrəm sızdırılıb və ailəm təhlükədədir. Daha susmayacağam. Qorxu seçim deyil. Xüsusilə Fələstindəki insanlar və uşaqlar, xüsusilə Qəzzada olanlar bizim səssiz qalmağımıza dözə bilməzlər. Biz yox, onlar çox cəsurdur. Qəzzaya edilən hücumlarda həyatını və ailə üzvlərini itirən uşaqlar üçün ağlayıram. Əzab çəkən İsrail ailələri üçün də yas tuturam. Bölgənin tarixini bir kənara qoyaraq, dinc əhaliyə qarşı törədilən hər hansı terror aktını pisləyirəm. Heç bir uşaq öz ailəsindən qoparılmamalıdır. Bu həm Fələstin, həm də İsrail üçün keçərlidir”, - deyə, Bella bildirib.
Baş verənlərlə bağlı Cici Hadid isə bu açıqlamanı verib:
“Düşüncələrim bu haqsız faciədən əziyyət çəkən və bu qarşıdurma ucbatından hər gün çoxu uşaq olmaqla, günahsız həyatlarını itirən bütün insanlarladır. Fələstinin mübarizəsi və işğal altındakı həyata dərin rəğbət bəsləyirəm. Bu, hər gün daşıdığım bir şeydir. Yəhudi dostlarıma daha əvvəl dediyim kimi, fələstinlilər üçün ümidlərim və arzularımın olduğunu, lakin onların heç biri bir yəhudiyə zərər verməyi nəzərdə tutmadığımı açıq şəkildə bildirməyi özümə borc bilirəm”.