Yeni layihəsi bəlli oldu

Yeni layihəsi bəlli oldu

İyunun sonunda “Blu” TV-nin maraqla gözlənilən “İlk və son” serialının ikinci sezonunun çəkilişinə start veriləcək.

OLAY yazır ki, ekran işinin yeni mövsümündə məşhur aktyor Ulaş Tuna Astepe də rol alacaq.

Bu mövsüm bir çox serialdan təklif alan məşhur aktyor sözügedən ekran işi ilə bağlı qərar verib.  Rejissorluğunu Devrim Yalçının etdiyi, “Ortaks” imzalı serialın çəkilişləri ayın sonunda başlayacaq.  

Astepenin Cihan rolunu canlandıracağı ekran işi üçün bir çox aktrisa ilə danışıqlar aparılır.  Nilufər obrazı üçün isə Hazal Subaşı uyğun görülüb. 

Qeyd edək ki, serialda Cihan və Nilufər obrazlarının 10 illik hekayəsi göstəriləcək.