"Ah, gözəl Şuşa! Nə yazım, heç bilmirəm... Füzulidən Şuşaya qədər olan yolu necə bir heyranlıqla getdiyimi xatırlayıram. İlk səfərim idi o müqəddəs diyara. Ana nənəm Şuşalı idi. Bütün uşaqlığım qadının xatirələrini, onun təsvirlərini dinləməklə keçib".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcısı Nurlana Cəfərova sosial şəbəkə hesabında yazıb. Şuşaya gedən Nurlana təəssüratlarını bu sözlərlə bölüşüb:
"Şuşaya çatanadək, bir-birindən zəngin təbiət mənzərələrini gördükcə, müharibəni xatırladıqca, şəhidlərimizi andıqca ağladım... Bu inanılmaz hisslər idi. Çiçək qoxulu Qarabağ! Nə yaxşı yuxumuz çin, arzumuz gerçək oldu, qovuşduq...".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun