Raksana İmir aparıcısı olduğu verilişdən ayrılmaq məcburiyyətində qalıb.
Milli.Az xəbər verir ki, o, "Space" TV-də yayımlanan "Salamlar" proqramında son efirinə çıxıb. Canlı yayımda izləyiciləri və kollektivlə sağollaşan aparıcı duyğusal anlar yaşayıb.
Aktrisa kimi də fəaliyyət göstərən İmir ayrılıq qərarına səbəb kimi səhhətində yaranan problemi göstərib.
Qeyd edək ki, Raksana İmir "Space Maqazin" verilişində aparıcılıq fəaliyyətinə davam edəcək.
Sözügedən kadrları təqdim edirik:
Hüseyn
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun