"50 yaşımda anam yığır ki, haradasan?"

"50 yaşımda anam yığır ki, haradasan?"

"Övlad tanıyıram ki, pulu çoxdur anaya, ataya yiyə durmur. Anaya tanıdığım adamlar yardım olur. Adam var ki, atasına baxmır, qonşu ona dərman alır".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Lamiyyə Ələkbərova "Səhər görüşləri" verilişində deyib.

"Valideynlərdən danışan aparıcı "Biz valideynləri seçmirik. Valideyni yeməyi, boğazı, dərmanı ilə sınağa çəkə bilmərik. Necə valideyn pisdir? Elə şey yoxdur. Ona dərman da alıb, çörək də verməliyik. Mənim 48, 49, 50 yaşımda anam yığır ki, haradasan? Ona necə deyim, sənə nə? Heç yoldaşım məni o qədər axtarmır ki, anam axtarır. Bilirlər kimlərə ismarış göndərirəm" deyə, L.Ələkbərova bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun