Alla Puqaçova əri ilə İsraildə - FOTOlar

Alla Puqaçova əri ilə İsraildə - FOTOlar

Rusiyanın Xalq artisti Alla Puqaçova  ölkəsində "xarici agent" statusu aldıqdan sonra Vətənindən didərgin düşən yumorist əri Maksim Qalkinlə bağlı diqqət çəkən paylaşım edib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, primadonna əri ilə birgə İsraildə, körpüdə çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Fotoda Alla və Maksim gülümsəyərək bir-birlərini qucaqlanması əks olunub. 

Qeyd edək ki, müğənni və gülüş ustası Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra uşaqları ilə birlikdə Rusiyanı tərk edib. Qalkin Rusiya hakimiyyətinin hərəkətlərini açıq şəkildə pisləyir və Puqaçova onun fikrini bölüşdüyünü dəfələrlə açıq şəkildə bəyan edib. Buna görə də vətənlərində çoxları cütlüyü qınasalar da, sənətçilər öz mövqelərinə sadiq qalırlar. 
 
Xaricdə olarkən Puqaçova və Qalkin dostları və həmkarları ilə görüşlərini davam etdirirlər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun