Əməkdar artist Mətanət İsgəndərli illərdir ki, qalmaqal yaşadığı keçmiş gəlini Cananaya (Aynur Vaqifqızı) ev alıb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda Canana qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində danışıb.
- Mətanət efirdə AĞLADI: "Olanları danışsam, nəvələrim məktəbdə..." - VİDEO
- Mətanət İsgəndərli: "Oğlum 8-ci sinifdə oxuyurdu, Canana onu güdürdü"
"Mən hər zaman Mətanət xanımın hörmətini saxlayıram. O mənim anamdır. Artıq mən Mətanət xanımın evində qalıram. Uşaqlarımın yanındayam. Bizə Mətanət xanım ev də alıb. Sağ olsun! Kaş ki, onunla aramızda bu kimi söhbətlər olmazdı. Lənət şeytana!", - deyə Canana vurğulayıb.
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. Onların üç övladı isə anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun