“Mənə iki-üç yerdən zərbələr oldu. Şəkidə rus pulu ilə 225 manat məvacib alırdım və SSSR-i Xalq artisti Hökümə Qurbanova da eyni maaşı alırdı. Birdən birə Şəkidən Bakıya gələndə teatrdan cəmi 40 manat maaş alırdım. Mənim isə iki uşağım vardı. Onlar məktəbə gedirdi, yeməyi-içməyi vardı. Hər dəfə mənə qarşı “torba tikiblər””.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Gülşad Baxşıyeva “Həftənin qonağı” verilişində deyib. Sənətçi şəxsi həyatı ilə bağlı açıqlamalar verib:
“Mən deyə bilmərəm ki, səsli ağlayıram. Sadəcə gözümdən yaş gəlir. Mənə heç kim dəstək durmurdu. Bu işlərin başında isə həyat yoldaşım Hüseynağa müəllim oldu. idi. Məni öz teatrından uzaqlaşdırdı. Bu, şəxsi məsələlər ilə əlaqədar idi. Onun başqa qadınla çıxıb, getməsi. Hələ getməmişdi, artıq məsələ belə qurulmuşdu. Mənə bu söhbətlərin fonunda o kollektivdə qalıb, işləmək və səhnəyə çıxmaq yaraşmazdı. Kim deyir ki, mən atılmışam? O demək deyil ki, mən atılmışam. Getdi, getdi də. İstəmədi. Niyə sədd çəkirsən? Aç bütün daşları çıxıb getsin. Mən bilirdim belə olacaq. O bir mühitdən tamam başqa mühitə düşdü. Burada diqqət, qayğı, hörmət görürdü. Orada isə elə şey yox idi. Gedəndən 4 ay sonra xəstələndi. Ondan sonra xəstəxanalara düşdü, başına nələr gəldi. Həyatını məhv etdi. Ona da demişdim ki, sən belə olacaqsan. İstədiyi eşqi yaşamaq istəyirdisə, qarşısına niyə sədd çəkməliyəm? Mənə ağrılı da olsa... Anlaya bilmədim niyə belə etdi? Amma bilirdim ki, o sevgini, diqqəti, qayğını mən verirəm. O biri verməyəcək”.