Türkiyəli məşhur müğənni Hadisə Kerem Bürsinlə bağlı çıxan eşq iddialarına aydınlıq gətirib.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, tətildə keçirdiyi xoş anları sosial media hesabında yayımlayan 38 yaşlı müğənninin Bodrum kadrları olduqca diqqət çəkib.
Bir müddətdir adı eşq dedi-qodularında hallanan Kerem Bürsinlə Hadisə Bodrumda bir araya gəlib.
Bürsinlə çəkdirdiyi fotonu yayımlayan Hadisə, "Dostum" şərhini yazaraq, onlar haqqında yayılan sevgi dedi-qodularını yalanlayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun