Türkiyəli tanınmış reper Saqopa Kajmerin anası dünyasını dəyişib.
OLAY yazır ki, bu vəfat xəbərinin ardından sənətçinin keçmiş xanımı Kolera ilə küsülü olduğu keçmiş dostu Cezanın paylaşımları diqqət çəkib.
Kolera “Yalan deyirəmsə, anam ölsün, deyəndə. Gəbərsin demişdi. Ana ayrı dünyadır. Hər kəs üçün belədir. Öz anası ölüb. Ehtiyatlı olacaqsan, oğlum. Ağzından çıxana diqqət edəcəksən”, - deyə, bildirib.
Ceza isə Saqopanın anası ilə şəklini paylaşaraq “Başın sağ olsun. Çox ağır bir acıdır. Sənə və ailənə səbr diləyirəm” şərhini yazıb.
Saqopa həmin paylaşıma “Çox təşəkkürlər, Ceza. Ölüm günündə düşmənliklər ölər. Acılar paylaşılar” cavabını verib.