“Alatava”nın yayımı dayandırılır?

“Alatava”nın yayımı dayandırılır?

"Ölkə üzrə ümumijanrlı yayımçıların proqramındakı maarifləndirici verilişlərin miqdarı arzuolunan qədər deyil"​.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri  Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov "Audiovizual media: Normalar, reallıqlar və çağırışlar" mövzusunda onlayn media subyektləri ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, ümumijanrlı kanalların proqramında maarifləndirici verilişlərin həcmi 10-12 faizdir: "Bu rəqəm bizim üçün heç də arzuolunan deyil. Lakin biz yayımçıların seçiminə müdaxilə edə bilmərik".

F. Novruzov vurğulayıb ki, bu yaxınlarda İctimai TV-də yayımlanan "Alatava" serialındakı müəyyən məqamlar ilə bağlı yayımçıya tövsiyələr verilib: "Bu kanal ictimai yayımçı olduğu üçün biz onun yayımını dayandıra bilməzdik, lakin tövsiyələr vermişik".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun