Xəbər verdiyimiz kimi, ötən gün Türkiyədə "Elle Style Awards" gecəsi baş tutub.
Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, gecədə diqqət çəkənlər arasında aktrisa Hande Erçel və sevgilisi Hakan Sabancı olub. Tədbirdə mükafat almaq üçün səhnəyə çıxan aktrisaya libasının ətəyi çətin anlar yaşadıb. O səhənədəkilərin yardımı ilə ayaqlarına dolaşan ətəyindən qurtulub, oraya qalxa bilib.
Bundan başqa cütlük müxbirlərin suallarını cavablamağa razılıq verib. Lakin suallardan biri Hakanı bu qərarı almağına peşiman edib.
Belə ki, müxbirlərdən biri Hakandan yaxasındakı gülün aksesuar olub-olmadığını soruşub. Onun bu sualı Hande ilə Hakanı təəccübləndirib. Hande "bu necə qəribə sualdır" deyə, ona qarşılıq verib. Hakan əsəbiləşərək digər sualları cavablandırmaqdan imtina edib və aktrisa ilə oradan uzaqlaşıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun