Pop diva Aygün Kazımova yeni görünüşü ilə yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sənətçinin bu dəfəki obrazında qızılı tonlar, əl işi ornamentlər, uzun zəncirlər və parlaq daş detalları üstünlük təşkil edib. Xüsusilə baş aksesuarı görünüşün ən diqqətçəkən elementlərindən biri olub.
Şərq estetikasını xatırladan aksesuar Aygün Kazımovanın obrazına həm mistik, həm də dəbdəbəli görüntü verib. Parlaq üst geyimi və metal zəncirlərlə tamamlanan tərzə denim detalının əlavə olunması isə müasir və səhnə üslubunu ön plana çıxarıb.
Pop divanın fərqli üslubları bir araya gətirdiyi bu görünüşü sosial şəbəkələrdə də maraqla qarşılanıb. Sənətçinin səhnə obrazı onun özünəməxsus stilini bir daha nümayiş etdirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
















