Xocalı rayonunun Ballıca kəndində sevinc dolu gün yaşanıb.
OLAY yazır ki, kənddə toy çadırı qurulub. Hüseynovlar ailəsində böyük sevinc və həyəcan yaşanıb.
Əmrah və Arzu cütlüyünün toy mərasimi keçirilib. Bu günün əsas özəlliyi isə gənc cütlüyün ailə həyatına məhz doğma yurdda, Xocalının Ballıca kəndində başlaması olub.
Vaxtilə insanların məcburi şəkildə tərk etdiyi torpaqlarda bu gün toy məclisləri, yeni ailələr qurulur, uşaqlar dünyaya gəlir, həyat yenidən canlanır.
Ballıca kəndində keçirilən bu toy yalnız bir ailənin sevincini deyil, həm də doğma torpaqlarda həyatın bərpasının, insanların öz yurdlarına qayıdaraq, burada gələcək qurmasının rəmzi kimi diqqət çəkir.
Azad edilmiş torpaqlarımızdan
Mənbə:
olay.az

















