Xəstəxanaya yerləşdirilən türkiyəli aktyor Cem Yılmaz ötən gün ağır infarkt keçirib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, həkimlər onun ürəyində tıxanmış damara müdaxilə edərək təxminən 40 dəqiqə ərzində balon və stent əməliyyatı aparıblar.
Əməliyyatı həyata keçirən Ercan Akşit sənətçinin vəziyyətinin hazırda stabil olduğunu bildirib.
"Cem bəy insanın keçirə biləcəyi böyük ürək infarktlardan biri ilə gəldi. Təxminən 40 dəqiqə ərzində proseduru tamamladıq. Hazırda vəziyyəti stabildir. Belə davam edərsə, iki gün sonra evə buraxıla bilər" deyə, həkim qeyd edib.
Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu da Cem Yılmazın ümumi vəziyyətinin yaxşı olduğunu, müalicəsinin koronar reanimasiya şöbəsində davam etdiyini açıqlayıb.
Sənətçinin qardaşı Can Yılmaz isə onun vəziyyətinin yaxşı olduğunu və müalicə prosesinin uğurla başa çatdığını bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
















