Ssenari müəllifi və rejissoru Elvin Adıgözəl olan “Bağışla məni bu gecə” qısametrajlı bədii filmi Sivas Beynəlxalq Film Festivalında “Ən yaxşı film” mükafatını qazanıb.
OLAY yazır ki, layihədə əsas rolları Ziya Ağa, Aydan Həsənova, Kamran Ağabalayev İlqarə Tosova oynayıb. Filmin prodüseri Maria Yatskovadır.
Ekran işi ət fabrikində işləyən Fuadın aliment pulu verməmək üçün həyat yoldaşı ilə barışmaq istəyindən bəhs edir. Mükafatı festivalda iştirak edən filmin aktrisası İlqarə Tosova alıb.
Film bundan əvvəl Rumıniyada keçirilən Anonimul Festivalında və Türkiyədə Adana “Altın Koza” festivalında müsabiqəyə seçilib.