2009-2011-ci illərdə yayımlanan, reytinqli "Ezel" serialı ilə bağlı illər sonra maraqlı detal üzə çıxıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, "Eyşan" obrazı ilk olaraq Cansu Dereyə deyil, aktrisa Zeynep Beşerlerə təklif edilib.
Beşerlərin müxtəlif səbəblərdən təklifin qəbul edilmədiyi ortaya çıxıb.
Qatıldığı maqazin proqramında "Ezel" serialı ilə bağlı sualları cavablandıran Zeynep bu obraz üçün təklif aldığını təsdiqləyib.
Xatırladaq ki, bir zamanlar fərqli ssenarisi və aktyor heyəti ilə tamaşaçıları ekran başına toplayan "Ezel" serialında baş rolları Kenan İmirzalıoğlu, Cansu Dere, Tuncel Kurtiz, Yiğit Özşener, Sedef Avcı və Barış Falay canlandırıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun