Xalq artisti Röya Ayxan şair-bəstəkar Xanım İsmayılqızının “Ömrün Xanım Fəsli” adlı yaradıcılıq gecəsində iştirak edib.
OLAY yazır ki, pop kraliça Heydər Əliyev Sarayında baş tutan gecəyə damğa vurub.
Səhnəyə çıxışı ilə ab-havanı dəyişən Xalq artisti İsmayılqızı imzalı “Onun Xəstəsiyəm” mahnısını canlı olaraq ifa edib.
14/41 albomunun hitlərindən biri olan sözügedən mahnı zalda hər kəsi coşdurub.
Röya Ayxanı səhnədə rəqqasları və musiqiçiləri müşayiət edib.
Konsertdən yadda qalan görüntüləri təqdim edirik: