Flora Kərimova Alovlunu məhkəmədə uddu - FOTO

Flora Kərimova Alovlunu məhkəmədə uddu - FOTO

Apellyasiya Məhkəməsində Xalq artisti Flora Kərimovanın jurnalist Ülviyyə Alovlu barəsində şikayətinə baxılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. O bildirib ki, məhkəmə onun xeyrinə qərar verib:

  • Afət Fərmanqızı ilə Flora Kərimovanın məhkəməsində nələr oldu? - Hər kəs çıxdı, ikisi... 
  • Flora Kərimovanın qalmaqallı məhkəmələri - İlginc faktlar, şok rəqəmlər - FOTOlar 

"Apellyasiya Məhkəməsi Ülviyyə Alovlunun "Floranı udmuşam" qısa təntənəsini təkrar haqlı zəfərimlə sonlandırdı. Bilgi, təmkin, alicənablıq insanın naxışıdır. Haqqın vicdanlı keşikcisi olmaq hünərdir. Tanrının bəxşişi olan bu insani simaların sahibi olmaq isə şərəfdir. Apellasiyanın ədalətli hakimlərinə çox sağ olum var".

Qeyd edək ki, F.Kərimovanın təhqir və böhtanlardan şikayətinə əsasən, Ü.Alovlu qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148 maddələri ilə cinayət işi başlanılmışdı.

Ü.Alovlu bir müddət əvvəl "Flora Kərimova məni verdiyi Apellyasiya Məhkəməsində də növbəti dəfə uduzdu" paylaşımını etmişdi. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun