“Hər gözəl hekayədə səni görəcəm”

“Hər gözəl hekayədə səni görəcəm”
“Hər gözəl hekayədə səni görəcəm”

Aparıcı Kamilə Babayeva bir müddət öncə vəfat edən anası ilə bağlı paylaşım edib.

OLAY yazır ki, o, mərhum valideyninin videosunu paylaşaraq bunları yazıb:

“Sən mənə lap uşaqlıqdan doğruluqdan və dürüstlükdən heç vaxt şübhə etmədən, başı uca və məğrur yaşamağı öyrətdin. O böyük ürəyinə, əhvalından asılı olmayaraq dünyaları. sığdırdın.Tanıdığım ən böyük Vətən sevdalısı. Dilini, dinini, tarixini, bayrağını, ədəbiyyatını,musiqisini bütün qəlbinlə sevdin. Hər gözəl hekayədə səni görəcəm, hələlik”.

Mənbə: olay.az