Ekstravaqant müğənni Ledi Qaqa hamiləliyi ilə bağlı iddialara ilk dəfə münasibət bildirib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı çıxan məlumatları təkzib edib. Qaqa sadəcə həddindən artıq kökəldiyinə işarə edib.
O, həmkarı Teylor Sviftin mahnısından stat gətirərək "Hamilə deyiləm, sadəcə idman zalında çarəsiz şəkildə ağlayıram" deyə, paylaşım edib.
Qeyd edək ki, ifaçı bacısı Natali Germanottanın toyunda iştirak edərkən böyük qarnı hamilə olması ilə bağlı şayiələrin yaranmasına səbəb olub. O, "Parker Group" şirkətinin direktoru Maykl Polanskinlə nişanlıdır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun