Fenomen Dilan Polatın vergidən yayınmasından sonra digər blogerlər də araşdırılmağa başlanılıb.
OLAY yazır ki, Türk mediasında yayılan məlumata görə 600 blogerin fəaliyyəti nəzarətə götürülüb.
Vergidən yayınma hallarının qarşısını almaq və qayda pozaraq pul qazananlarla bağlı tədbir görmək üçün şübhə altında olan fenomenlər araşdırılacaq.
Xatırladaq ki, ötən gün Bahar və Nihal Candan bacıları da saxlanılıb.