Məşhur türkiyəli aktrisa Fahriye Evcenin 38 yaş tortu sosial şəbəkələrdə gündəm olub.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Evcen ad günündən fotonu sosial şəbəkə hesabında paylaşıb.
Belə ki, maket ev formasında hazırlanan tortda ailənin hər bir üzvünün fiqurları yer alıb. Ancaq fiqurların real insanlara bənzəməməsi müzakirə mövzusu olub.
Sosial şəbəkə istifadəçiləri fiqurların karikatura olduğunu və real insanlara bənzəmədiyini bildiriblər.
Qeyd edək ki, cütlük 2017-ci ildə ailə həyatı qurub. Onların 2019-cu ildə Karan, 2023-cü ildə isə Kerem adlı övladları dünyaya gəlib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun