“Bir muzeyin sirri” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti Faiq Ağayevin təqdimatında Milli Azərbaycan Tarixi Muzeyinin ecazkar, möhtəşəm “Şərq” zalı təqdim olunur.
OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Faiq Ağayev görkəmli bəstəkar Fikrət Əmirovun dramaturq Hüseyn Cavidin “Şeyx Sənan” dram əsərinə yazdığı "Kor Ərəbin Mahnısı" vaxtilə muzeyin “Şərq” zalında çəlkdirdiyi klip haqqında xatirələrini bölüşərək, muzeyin unikallığı barədə ictimaiyyətə məlumat verib.