Məşhur amerikalı müğənni Rihanna yeni rekorda imza atıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Amerika Səsyazma Sənayesi Assosiasiyası onu daha dörd brilyant sertifikata layiq görüb.
O, "Umbrella", "Diamonds", "Work" mahnılarına görə bu sertifikatları qazanıb.
Qeyd edək ki, hazırda yeni mahnılar ifa etməyən sənətçi diqqətini öz kosmetik markası "Fenty Beauty" və alt paltarı brendi "Savage X Fenty" üzərində cəmləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun