Müğənni Elvin Abdullayev paylaşımı ilə diqqət çəkib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi Fələstin-İsrail münaqişəsindən, uşaqların həlak olmasından yazıb:
"Haqsızlıqdırmı, bilmirəm. Haqlıdırlarmı? Ona da bir şey deyə bilmirəm. Amma bilmirəmlə, gördüklərim arasında fərq odur ki, gördüklərim yalnız uşaq cəsədləridir. Aydın məsələdir ki, raket harasa düşəndə sorğu-sual etmir ki, uşaqsan, sənə dəymirəm, sən böyüksən səni öldürəcəyəm. Amma bir şey var: fərq etmir, uşaq və ya böyük, yaşından asılı olmayaraq ölüm, çarəsizlik varsa, haqlı və ya haqsız nə faydası? Nəticə göz önündə: uşaq cəsədləridir.
Allah ölkəmizi bu tip savaşlardan qorusun. Nə 1990-cı illərdə, nə də indiki 44 günlük müharibədə biz bunu etdik, etməyəcəyik də. Çünki biz azərbaycanlılar mərhəmət, məhəbbət, sevgi sahibləriyik. Allah bütün övladları qorusun".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun