"Hansı əsrdə yaşayırıq ki, oğluma qız tapım?"

"Hansı əsrdə yaşayırıq ki, oğluma qız tapım?"

Əməkdar artist Nüşabə Ələsgərli oğullarından danışıb.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, "Xəbərin var?" verilişinə özəl açıqlama verən müğənni oğlunun ailə quracağı xanımdan da söhbət açıb.

  • "Oğluma deyirəm ki, istədiyin kimi yaşa, qənaət etmə" 
  • Özündən 7 yaş kiçik bəyə ərə gedən Nüşabə Ələsgərli: "Ağıllı kişi istəyir ki.." - VİDEO

O, oğlunun seçiminə qarışmayacağını, ürəyi istəyən xanımla ailə quracağını bildirib :

"Oğlum Belçikada yaşayır, hələ nəvəmi görməmişəm, hazırlaşıram ki, Belçikaya gedib nəvəmi görüm. Digər oğlumsa subaydır. Özü sevdiyi birini tapandan sonra onu evləndirəcəyik.

Hansı əsrdə yaşayırıq ki, oğluma qız tapım? Onlar bir yerdə yaşayacaqlar, bir-birlərini sevməlidirlər. Qısqanc olmayacağam. Oğlum xoşbəxtdirsə, mən də xoşbəxtəm".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun